Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotonun yalan olduğu aşkarlandı
Unikal.org-un məlumatına görə, Ermənistan tərəfi Azərbaycana məxsus Pilotsuz Uçan Aparat vurmasını iddia edərək foto paylaşıb.
Araşdırma zamanı məlum olub ki, sözü gedən foto 2014-ci ildə Əfqanıstanda çəkilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur.
Bir daha vətədanşaları yalan məlumatlara inanmamağa, onları paylaşmamağa və yalnız rəsmi məlumatları izləməyə dəvət edirik.