Rusiyanın "Soçi" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə TASS-a açıqlamasında klubun baş direktoru Dmitri Rubaşko deyib.
Onun sözlərinə görə, virusa yoluxanlar arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var.
Daha əvvəl Premyer Liqanın (RPL) rəsmi saytı "Soçi"də 9 nəfərin analiz nəticələrinin müsbət çıxdığını açıqlayıb. Bu səbəbdən çempionatın XXIX turunda bu gün "Tambov"la keçirilməli olan görüş təxirə salınıb.