Milli komandalarda və klublarda çıxış edən idmançılar da Tovuz istiqamətindəki döyüşlərə biganə qalmayıb.

Unikal.org xəbər verir ki, əcnəbi idmançılar sosial şəbəkədən Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

"Qarabağ"ın oyunçusu Gerye "instagram"da üzərində "Güclü ol Azərbaycan" yazılmış Azərbaycancan ordusunjn əsgərinə aid foto paylaşıb.

Boks üzrə Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmasına münasibət bildirib.

Olimpiya mükafatçısı Azərbaycandan kənarda yaşayan dostlarına çağırış edərək, həqiqətləri çatdırıb: "Bütün beynalxalq dostlarıma səslənirəm. Bütün insanların pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistan Silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağı Tovuz rayonuna hücum edib. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılığının, aqressivliyinin əyani sübutudur. İllərdir beynəlxalq arenada səsimizi qaldırırıq".

Sotomayor onu da əlavə edib ki, Azərbaycan yalnız öz torpaqlarını qorumağa çalışır və bunun üçün əlindən gələni etməyə hazırdır.

Bu paylaşımı Sotomayorun həmyerlisi və millimizin digər kubalı üzvü Alfonso da paylaşıb.

“Səbail”in legioneri Maykl Essyen də Azərbaycana dəstəyini ifadə edib.

Əfsənəvi futbolçu son günlər Ermənistan – Azərbaycan sərhədində baş verənlərə münasibətini açıqlayıb. O, özünün rəsmi İnstaqram səhifəsində Azərbaycanın bayrağını və ölkənin güclü olduğunu ifadə edən emojilər paylaşıb. Essyenin bu addımı onun izləyiciləri tərəfindən müsbət qarşılanıb.

Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dağıstab əsilli taekvondo üzrə millimizin üzvü Patimat Abakarova da Tovuz isiqamətində gedən döyüşlərə münasibət bildirib.

O "Can Azərbaycana canımız fəda" mahnısnı paylaşaraq dəstəyini nümayiş etdirib.

Vaxtilə "Qarabağ"da çıxış edən legionerlər Azərbaycana dəstək nümayiş etdirib.

Brazilyalı qapıçı Vaqner Da Silva, makedoniyalı yarımmüdafiəçi Muarrem Muarrem, albaniyalı yarımmüdafiəçi Ansi Aqolli şəxsi "İnstagram" hesablarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərlə əlaqəli olaraq paylaşım edib.

Onlar bununla xalqımıza və ordumuza dəstəyini nümayiş etdirib.