"Neftçi" Yusuf Lavalın transferini açıqlayıb.

Unikal.org xəbər verir ki, klub rəsmi saytı vasitəsilə nigeriyalı vingerlə imzalanan müqavilə müddətini bəyan edib.

22 yaşlı sağ cinah oyunçusu bakılılarla 2+1 illik sazişə qol çəkib. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək. 

Dünyaca məşhur "transfermarkt" saytı Y.Lavalın transfer qiymətinin 250 min avro (təxm:500 min manat) olduğunu yazıb.

Qeyd esək ki, Nigeriyanın klubu "36 Lion”un yetirməsi olan Yusuf Laval 2017-2020-ci illəri Belçika təmsilçisi "Lokeren”də keçirib.