“Zirə” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, qəsəbə təmsilçisinin yeni baş məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.
“Zirə”-nin fəxri prezidenti Orxan Məmmədovun təyinatla bağlı fikirlərini bölüşüb:

 “Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram ”.

“Zirə” bir müddət əvvəl Zaur Həşimovla yollarını ayırıb.