İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Osasuna”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın hücumçusu Lionel Messi açıqlama verib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, argentinalı futbolçu, oyunla və Çempionlar Liqası ilə bağlı bunları deyib:
“Bu oyun bütün mövsüm ərzində necə oynadığımızı əks etdirir. İlk hissəni “Osasuna”ya hədiyyə etdik, ikinci hissədə daha yaxşı idik, amma bu, yetərli olmadı.
“Real”ın La Liqanın qalibi olacağını bilirdik, çünki çox xal itirdik. Komanda olaraq özümüzü tənqid etməliyik. Çünki biz “Barselona”yıq və hər zaman qalib gəlmək bizim vəzifəmizdir.
Artıq Çempionlar Liqasını düşünməyə başlamalıyıq və düzəlməli çox şey var. Hamımız qalib gəlmək istəyirik, amma bunun üçün daha yaxşılaşmalı və çox şeyi dəyişdirməliyik. Bu şəkildə davam etsək, “Napoli”yə də məğlub olacağıq”.