Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14 milyon nəfəri keçib.

Unikal.org "Worldometers" saytına istinadən xəbər verir ki, virusa yoluxma sayı 14 milyon 58 min 95, pandemiya qurbanlarının sayı isə 594  995 nəfərə çatıb.

İndiyədək 8 359 482 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.