ABŞ-da son 24 saat ərzində daha 71 135 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib. Sutka ərzində ştatlar üzrə xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 963 nəfər təşkil edib. Ölkədə hazırda 1 874 274 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Qeyd edək ki, ABŞ-da bu günə qədər 3 574 371 koronavirusa yoluxub, onlardan 138 291 nəfər xəstəlik səbəbindən həyatını itirib.