"Neftçi" klubunun yeni transferi Yusuf Lavalı Türkiyə klubları da heyətinə cəlb etmək istəyib. 

Unikal.org "Brila" nəşrinə istinadən xəbər verir ki, ölkənin 3 klubu 22 yaşlı nigeriyalı vingerlə maraqlanıb. Həmin komandaların adları açıqlanmayıb. 

Qeyd edək ki, "Neftçi" Yusuf Lavalla 2+1 illik müqavilə imzalayıb. İlk klubu "Lions” (Nigeriya) olan oyunçu 2017 - 2020-ci illər ərzində Belçikanın "Lokeren” klubunun heyətində 22 oyun keçirib.