Adı “Barselona” ilə yanaşı çəkilən PSJ-nin futbolçusu Neymar klubda qala bilər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu braziliyalı hücumçuyla yeni müqavilə üçün danışıqları davam etdirir. Bir müddətdir gedən danışıqların müsbət şəkildə davam etdiyi bildirilir. Paris klubu Neymarı komandada saxlamaq niyyətində olsa da, futbolçu ayrılmaq istədiyini bildirmişdi. Lakin son məlumatlara görə, Neymarın da komandada qalmağa müsbət yanaşdığı bildirilir.
Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatır.