ABŞ nüvə silahı sahəsində potensial rəqibləri üzərində üstünlüyə malikdir.

Unikal.org xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Mark Esper bildirib.

“Biz olduqca döyüşqabiliyyətli nüvə triadasına malikik. Rəqiblərimiz və düşmənlərimizdəkindən daha döyüşqabiliyyətli. Növbəti illərdə də bu üstünlüyü saxlayacağıq”, - deyə müdafiə naziri bildirib.
 
O bildirib ki, ABŞ potensial hərbi münaqişələrin qarşısını almaq üçün bombardmançılarını, qitələrarası ballistik raketlərini və sualtı qayıqlarını modernlərdirməyə davam edəcək.

“Hərbi münaqişənin qarşısını ala bilmədiyimiz halda isə, biz döyüşərək qələbə çalmalıyıq”, - deyəEsper bildirib.