Aleksey Kiser UFC-dən kənarlaşdırılıb.

Unikal.org Kiserin "Instagram" hesabına istinadən xəbər verir ki, o, qolundakı neo-nasist döymələr səbəbindən promouşndan uzaqlaşdırılıb.

 

Rus döyüşçü "Döyüş adası"nda UFC-də debüt etməli idi. Lakin gözlənilmədən onun müqaviləsinə xitam verilib.

"UFC-də keçirdiyim iki həftə ərzində əvəzedici oldum, sonra, demək olar ki, veterana çevrildim. Ardınca döymələrimin fərqinə vardılar və məni evə yolladılar. Sizcə, təşkilatın yarı-veteranı hesab oluna bilərəm? Bunu profil başlığıma yazım?", - deyə Kiser qeyd edib.