ABŞ-ın Çikaqo şəhərində dənizçi-səyyah Xristofor Kolumbun (1451-1506) abidəsini irqçiliyə qarşı etirazçılardan qoruyan 18 polis əməkdaşı xəsarət alıb.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Chicago Sun Times” nəşri hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, hadisə cümə axşamı gecə saatlarında baş verib. Etirazçılar abidəyə ip düyünü keçirərk onu yerindən qoparmağa çalışıblar. Kütlə “Kolumb qatil olub, Kolumb oğru olub” deyə qışqırıblar.
Aksiya iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif əşyalar atıb, onlar da öz növbəsində etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər. Nümayişçiləri yerli vaxtla 20:30-a qədər abidənin yaxınlığından uzaqlaşmaq mümkün olub.
Polisin bildirdiyinə görə, azı 12 nəfər saxlanılıb.
Etirazçılar abidənin üzərinə "Qara həyat yaşayır" (“Black Lives Matter”) şüarini yazıb, eləcə də Çikaqonun “dekolonizasiyası” ilə bağlı çağırış ediblər.