Kikboks üzrə üçqat dünya çempionu Hafiz Baxışəliyev Azərbaycan bayrağına görə Londonda Ermənilərlə əlbəyaxa olub.

Bu barədə Unikal.org-a uzun müddətdir Londonda yaşayan dünya çempionunun özü deyib.

"Biz Londonda erməni səfirliyin qarşısında ordumuza dəstək və ermənilərə etiraz olaraq aksiya keçirirdik.
Bu zaman onlar da bizə qarşı olmaq üçün ora gəldilər.

Buna baxmayaraq biz davam etdik. Bu zaman ermənilərdən biri Azərbaycan bayrağını yerə atdı. Bizim qruodakı qızıardan biri isə bayrağı və atributumuzu yerdən götürən zaman erməni gənclərdən biri ona hücum etdi. Mən də bu zaman onun qarşısına keçdim və dava başladı.

Qeyd edim ki, Aksiya əvvəldən sona qədər polis nəzarətində idi. Oradakı polislər tərəfləri ayırmaqda çətinlik çəkdilər".

Qeyd edək ki, H.Baxışəliyev dəfələrlə Avropa və dünya çempionudur. 
Həmçinin Baxışəliyev 2016-ci ildə Londonda “Qafqaz” İdman Klubunu yaradaraq, “ermənilərin kluba girişi qadağandır” sözlərini yazıb. Həmin ifadə Parisdə nəşr olunan “Nouvelles Armenie” jurnalı öz səhifəsində də paylaşılmışdı.

Aygün İlqarqızı