ABŞ-ın Ticarət naziri Uilbur Ross xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə CNN agentliyi nazirliyin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 82 yaşlı Rossun “koronavirusla əlaqəli olmayan kiçik problemlər” üçün tibbi yardıma ehtiyacı yaranıb.
Qeyd olunub ki, Uilbur Ross hazırda özünü yaxşı hiss edir və yaxın zamanda xəstəxanadan buraxılacaq.