TheTopTens portalı futbol tarixinin ən yaxşı oyunçuları siyahısını dərc edib.
Unikal.org xəbər verir ki, birinci yeri italyan "Napoli" əv Kataloniyanın "Barselona" klublarının oyunçusu Dieqo Maradona tutub. İkinci yerdə Lionel Messi, üçüncü yerdə isə üçqat dünya çempionu Pele qərarlaşıblar.
Maraqlıdır ki, Turinin "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu dördüncü yerlə kifayətlənməli olub.
Futbol tarixinin top-10 oyunçuları:
1. Dieqo Maradona
2. Lionel Messi
3. Pele
4. Kriştianu Ronaldu
5. Zineddin Zidan
6. Yohan Croyf
7. Ronaldo
8. Ronaldinyo
9. Frans Bekenbauer
10. Devid Bekhem
Xatırladaq ki, daha əvvəl Lionel Messi vurduğu qolların oyunlara nisbətinə baxımından 21-ci əsrin ən yaxşı oyunçusu seçilib.