Türkiyə bayrağı altında çıxış edən Azərbaycanlı atlet Ramil Quliyevə məxsus rekord yenilənib.
Unikal.org xəbər verir ki, Quliyevi ölkə yığmasının digər idmançısı Sinan Örən geridə qoyub.
Türkiyənin paytaxtı Ankarada start götürən Olimpiya Sınaq Yarışlarında Örən 300 metrlik məsafəni 32.46 saniyəyə qət edib və Quliyevin rekordunu (32.61) qabaqlayıb. Sinan Örən eyni zamanda 2020-ci ildə təşkil edilən bütün yarışların ən yaxşı 4-cü göstəricisinə imza atıb.
Qeyd edək ki, Olimpiya Sınaq Yarışlarına artıq yekun vurulub.