Tərtərdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək qarşıdan gələn "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
2 qadın yüngül xəsarət aldığı üçün evə - ambulator müalicəyə buraxılıb.
Digər 6 nəfər Əlisoy Ehtiram, Atayev Arzuman, Almazov Sahil, Hüseynov Hüseyn, Nəbiyev İslam, Əlizadə Elşən ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılardan 1-i Bakıya, 2-si isə Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.