ABŞ-ın Portland şəhərində polis əleyhinə nümayişlər zamanı ertirazçılar federal məhkəmə binasını atəşə tutublar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı məhkəmə binasının içindəki federal təhlükəsizlik qüvvələri etirazçılara gözyaşardıcı qazla müdaxilə edib.
Portland polisi verdiyi açıqlamada yüzlərlə etirazçının gecə-gündüz hadisə yerinə toplaşdıqlarını və bir çox etirazçının qoruyucu dəbilqə, qaz maskaları, çətir və çubuqlarla binanın qapısına tərəf getdiklərini söyləyib.
Açıqlamada federal təhlükəsizlik qüvvələrinin binanı tərk etdiyi və etirazçıları dağıtdığı bildirilib.