Hüseyin Çimşir Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Çimşir Superliqanın XXXII turunda "Denizlispor"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra istefa ərizəsini rəhbərliyə təqdim edib.
Onun müraciəti ötən tur "Konyaspor"a 3:4 hesablı məğlubiyyətin ardından qəbul olunub.
Qeyd edək ki, "Trabzonspor"un sükanı arxasına mövsümün ortalarında Ünal Karamanın əvəzinə gətirilmiş Hüseyin Çimşir 21 matçdan 12 qələbə, 7 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb.
Hazırda 62 xalla 2-ci pillədə gedən klub Türkiyə Kubokunda finala yüksəlməyi də bacarıb.
Superliqada son turun "Kayserispor"la səfər oyununda və ölkə kubokunun finalında "Alanyaspor"la görüşdə "Trabzonspor"a köməkçi-məşqçi Eddi Nyuton rəhbərlik edəcək.