Azərbaycanda maliyyə nazirinin müavini vəzifəsində çalışmış sabiq dövlət qulluqçusu Nailə Bağırova vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

81 yaşında dünyasını dəyişən N.Bağırova 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Məişət Xidməti naziri vəzifələrində işləyib.