“Yuventus” İtaliya A Seriyasının 34-cü turu çərçivəsində öz meydanında “Latsio”ya 2:1 hesabı ilə qalib gəlib.
Unikal.org xəbər verir ki, “qoca sinyora”nın hər iki qolunu Kriştiano Ronaldo vurub. Bununla da, portuqaliyalı hücumçu A Seriyası tarixində 50 qol həddinə ən tez çatan futbolçu olub. O, bu göstəricini 61 oyunda qazanıb. Əvvəlki ən yaxşı nəticə 69 oyunda 50 qol həddinə çatan Andrey Şevçenkoya aid idi.
Bundan başqa, Ronaldo bu oyunda fərqlənməklə, İngiltərə Premyer Liqası, İspaniya La Liqası və A Seriyasında 50 qol həddinə ən tez çatan ilk futbolçu olub.
Ronaldo həmçinin 1952-ci ildən bəri “Yuventus”un heyətində bir mövsümdə 30 qol vuran ilk futbolçu olub.
Ronaldo 2018-ci ilin yayından “Yuventus”un şərəfini qoruyur.