İyulun 20-u saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisinin onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.