İspaniyalı futbolçu David Vilya cinsi təcavüzdə ittiham olunur.

Unikal.org xəbər verir ki, "Nyu York Siti"nin keçmiş işçilərindən biri bu barədə "tvitter"də iddia ortaya atıb.

Xanım sosial şəbəkə vasitəsilə 2014-2018-ci illərdə həmin klubda çıxış etmiş 39 yaşlı forvardın onu təcavüz etdiyini vurğulayıb:

"Nyu York Siti"də məruz qaldığım təcavüz o qədər xoşagəlməz idi ki, peşəkar idman ideyası məni qorxudur. İdmançılar arasında olmaqdan qorxuram. Karyeramı mənə etdikləri üçün dəyişirəm. Bütün xəyallarımı məhv etdi. David Vilya hər gün mənə toxunurdu və rəhbərlərim bunun çox gülməli olduğunu düşünürdülər. Hekayələrini danışmağa cəsarət edən qadınlar mənim qəhrəmanlarımdır".