Bakıda 27 min manatlıq oğurluq olub.
Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nəriman Nərimanov prospekti M. Araz küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, mənzilin zirzəmisindən 27 min 240 manat dəyərində mebel və məişət əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - 1975-ci il təvəllüdlü Rövşən Məmmədov, 1964-cü il təvəllüdlü Mahir Qasımov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.