İyulun 21-i saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə (PB) məlumat daxil olub.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.