ABŞ HHQ-nin iki qırıcısı Suriya hava məkanında “Mahan Airlines” aviaşirkətinə məxsus Tehrandan Beyruta uçan təyyarəyə olduqca təhlükəli məsafəyədək yaxınlaşıb.
Unikal.org xəbər verir ki, bu barədə “Tasnim” portalı yazır.
Bildirilir ki, sərnişin təyyarəsinin pilotu toqquşmadan yayınmağa çalışıb. Nəticədə İran laynerinin göyərtəsində bir neçə nəfər xəsarət alıb.
İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkənin sərnişin təyyarəsinə nəsə olduğu təqdirdə, ABŞ HHQ-ləri cavab verməli olacaq.
ABŞ silahlı qüvvərinin rəhbərliyi isə “Twitter” səhifəsində qeyd edib ki, bu, havada keçirilən adi missiya idi və məsafə təhlükəsiz olub.