“Liverpul”un futbolçusu Fabinyonun evi qarət olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 22-də baş verib. “Liverpul”un Premyer Liqanın 37-ci turunun “Çelsi” ilə matçından (5:3) sonra çempionluğunu qeyd etmək üçün məclis təşkil edilib. Fabinyo məclisdə olarkən evi soyulub.
Oğrular evdən zinyət əşyaları və futbolçunun qarajdan “Audi RS6” markalı avtomobilini oğurlayıb.
Fabinyonun avtomobili daha sonra Uiqan bölgəsində tapılıb.