Bakı və Şəki sakinlərində silah-sursat aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi götürülüb.