Avropa Liqasında (AL) debüt edəcək "Sumqayıt"ın püşkatmada hansı səbətdə yer alacağı müəyyənləşib.

Unikal.org-un məlumatına görə, "gənclik şəhəri" təmsilçisi səpələnməmişlər sırasında qərarlaşacaq.
Ayxan Abbasovun yetirmələri püşkatma zamanı reytinqi güclü olan komandalardan biri ilə qarşılaşmalı olacaq. "Sumqayıt" səpələnməmişlərə düşübsə, İrlandiya təmsilçisi "Şemrok Rovers" səpələnmişlər arasında qərarlaşıb.
Püşkatmada səpələnmişlərdə yer alacaq "Neftçi"nin isə potensial rəqiblərindən biri də müəyyənləşib. Rumıniya təmsilçisi "Botoşani" I təsnifat mərhələsində "Neftçi"yə rəqib ola bilər. Premyer Liqanın gümüş mükafatçısının ümumilikdə 37 potensial rəqibi bilinir.
Azərbaycanın Avropa Liqasındakı digər təmsilçilərindən "Keşlə"nin səbəti isə hələ də qeyri-müəyyəndir.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.

Avropa Liqası, 2020/21 mövsümü

I təsnifat mərhələsi

Səpələnmişlər
APOEL (Kipr)
“Partizan” (Serbiya)
"Styaua" (Rumıniya)
"Maribor" (Sloveniya)
"Hapoel" (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr) 
“Fehervar” (Macarıstan) 
“Şkendiya” (Şimali Makedoniya)
TNS (Uels) 
“Dinamo” (Minsk, Belarus) 
"Lex" (Polşa)
"Aberdin" (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan)
“Kayrat” (Qazaxıstan) 
“Jalgiris” (Vilnüs, Litva) 
“Motervell” (Şotlandiya) 
"Kukesi" (Albaniya)
“Vaduts” (Lixtenşteyn) 
“Valletta” (Malta)
“Ventspils” (Latviya)
"Olimpiya" (Sloveniya)
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya) 
“Nomme Kalyu” (Estoniya) 
“Şaxtyor” (Belarus)
“Hammarbü” (İsveç) 
“Hafnarfyordur” (İslandiya) 
"Bodo-Qlimt" (Norveç)
“Riterlay” (Litva) 
“Proqress” (Lüksemburq)
MOİK (Bolqarıstan)
"Sutyeska" (Monteneqro)
“Honved” (Macarıstan) 
“Makkabi” (Hayfa, İsrail)
"Beytar" (İsrail)
“Ordabası” (Qazaxıstan) 
“Neftçi” (Azərbaycan) 
“Şemrok Rovers” (İrlandiya) 

Səpələnməmişlər

“Sumqayıt” (Azərbaycan)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
"Slaviya" (Bolqarıstan)
"Botoşani" (Rumıniya)
"Pyast" (Polşa)
“Levadiya” (Estoniya)
“Hibernians” (Malta) 
"Dunayska" (Slovakiya)
"Rujomberok" (Slovakiya)
"Jilina" (Slovakiya)
“Jelezniçar” (Bosniya və Herseqovina)
"Laçi" (Albaniya)
"Mura" (Sloveniya)
“Puşkaş Akademi” (Macarıstan)
“Saburtalo” (Gürcüstan) 
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova) 
“Union” (Lüksemburq) 
“Differdanj” (Lüksemburq) 
“Jalgiris” (Kauno, Litva)
RFS (Latviya) 
“Valmiera” (Latviya)
"Noa" (Ermənistan)
"Şirak" (Ermənistan)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Sfantul” (Moldova) 
“Dinamo-Avto” (Moldova)
“Bohemians” (İrlandiya)
“Derri” (İrlandiya) 
“İnter” (Finlandiya) 
“İlves” (Finlandiya) 
“Honka” (Finlandiya) 
“Breydablik” (İslandiya) 
“Bala Taun” (Uels) 
“Dinamo” (Batumi, Gürcüstan) 
“Lokomotivi” (Gürcüstan) 
“Sirens” (Malta) 
“Vikinqur” (İslandiya)
“Payde” (Estoniya)
Qeyri-müəyyən
 “Keşlə” (Azərbaycan)