Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati binasında partlayış olması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, məlumat yalandır:

"İmtahan prosesi zamanı qısa qapanma olub, işıqlar sönüb.Hazırda generator qoşulub.Problemin aradan qaldırılması üçün tədbir görülüb.Heç bir partlayış baş verməyib.Yazılan məlumat əsassızdır."

Famil Fərhadoğlu