Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 1999-cu il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə Unikal.org-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.