Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb.
Ümumilikdə 25 nəfər saxlanılıb.
Dava dünən gecə Lyublinoda olub. Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib.
Daha əvvəl ermənilərin Moskvada azərbaycanlıya məxsus restoranda iğtişaş törətdiyi bildirilmişdi.