"Beşiktaş"da daha iki ayrılıq yaşanıb.
Unikal.org xəbər verir ki. Burak Yılmazdan sonra Türkiyə millisinin digər iki üzvü də İstanbul klubu ilə vidalaşıb.
Bunlar müdafiəçilər Gökhan Gönül və Caner Erkindir. Hər iki oyunçunun müqavilə müddəti başa çatıb və onlar rəhbərliyin yeni sözləşmə təklifini rədd edib. Avqustun əvvəli azad agent statusu alacaq futbolçular yeni klub axtarışına başlayıblar.
Qeyd edək ki, Gökhan Gönül 2016, Caner Erkin isə 2017-ci ildən "Beşiktaş"da çıxış edir.