Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Unikal.org-un xəbərinə görə, hadisə iyulun 24-ü saat 09:00 radələrində Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.
Belə ki, naməlum şəxslər həmin mağazada işləyən 1956-cı il təvəllüdlü S.Muradovun içərisində 550 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan əl çantası və mobil telefonunu kassasının yanından oğurlayıblar.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinənlər - 1994-cü il təvəllüdlü Hüseyn Şahbazlı və 1992-ci il təvəllüdlü İbrahim Hüseynli müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.