Qobustan rayonunun Qurbançı kəndində “QAZ” markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı, arxa təkərləri və banına yığılan 3 ton ot bağlamasının 1,6 tonu yanıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.