Gürcüstana külli miqdarda gümüş əşya keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, "Sınıq Körpü" Sərhəd-Keçid Məntəqəsində Azərbaycan vətəndaşı B.J-nin idarə etdiyi yük maşınına baxış keçirilərkən sənədləri olmayan 7,324.37 lari dəyərində 3,3 kq gümüş əşyalar aşkarlanıb.