Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Ailə münaqişəsi zəminində ana (şəxsiyyəti dəqiləşdirilir-red) öz qızı, 1985-ci il təvəllüdlü Cəfərova Nərminə Saday qızını bıçaqlayıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onda döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.