Astaranın Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaş ögey ananın işgəncəsinə məruz qalıblar.
Unikal.org "Xəzərxəbər"ə istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı analığı Mirzəyeva Sevinc tərəfindən 2 il müddətində şiddət görüblər.
Bu əməlin üstünü isə uşaqların dayısı və xalası açıb. Uzun zaman rəhmətə gedən bacılarının uşaqları ilə görüşdürülməyən xala və dayı onlarla görüşən zaman vəziyyətlərinin yaxşı olmadığını və uşaqların bədənlərində xəsarətlərin olduğunu müşahidə ediblər.