Şirvan şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, iyulun 26-da “Niva” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini olan 4 yaşlı qıza zor tətbiq edərək 800 manat dəyərində boyunbağısını almaları barədə müvafiq polis şöbəsinə müraciət daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılıb, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilib.
Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.