Futbol üzrə İtaliya A Seriyasında XXXVI turun son oyunu "Yuventus" "Sampdoriya"nı məğlub edib - 2:0.

Unikal.org xəbər verir ki, bu qələbə ilə xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyaraq çempionluğu rəsmiləşdirib. "Qoca Sinyora" tarixində 36-cı, ardıcıl 9-cu dəfə İtaliya çempionu olub.