Azərbaycanın Muay-Tay millisi boks üzrə yığma komanda ilə birlikdə təlim-məşqlərə başlayıb.

Bu barədə Unikal.org-a Muay-tay üzrə  yığma komandanın böyük məşqçisi Şəhriyar İsayev məlumat verib.

Millinin məşqçisinin bildirdiyinə görə, komanda MDB Ölkələrinin Oyunlarına hazırlaşır:

"Sentyabrın 4-11-də  Rusiyanın Kazan şəhərində 22 idman növü üzrə MDB ölkələrinin Oyunları təşkil olunacaq bu idman növləri içərisində Muay-Tay idman növü də var bu yarışla əlaqədar olaraq Gənclər və idman nazirliyi və Azərbaycan Muay-Tay fedarasiyasının dəstəyi ilə Qəbələ Şəhərində yığma komandasının təlim məşq toplanışı təşkil olunur.

Toplanışda 13 idmançı,  2 məşqçi, 1 hakim iştirak edir məşqlər gündə iki dəfə olmaqla hər gün davam edir".