Fransanın “Monako” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını Qətərdə tamamlaya bilər.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Əl-Qarafa” 33 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Klubun futbolçuyla təmasa keçdiyi və Fabreqasa yüksək məvacib vədi verdiyi bildirilir. Qətər klubunun ispan futbolçu üçün fransızlara lazım olan məbləği ödəməyə hazır olduğu qeyd edilib.

Fabreqasın “Monako” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.