Qazaxıstanda yeni tip koronavirusdan ilk vaksinasiya proseduru aparılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə “Xabar-24” məlumat verir.

Bildirilir ki, peyvəndləmə Qazaxıstan Aqrar Universiteti yanında vaksinologiya beynəlxalq mərkəzində aparılıb. Respublikanın ilk peyvənd vurulan vətəndaşı mərkəzin direktoru Kaysar Tabınov olub.

Məlumata əsasən, ona “COVAX-19” adlı preparat vurulub. Bu vaksinin Avstraliyada hazırlandığı və hazırda klinik sınaqların ilk fazasını keçdiyi bildirilir.