Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.
Unikal.org-un məlumatına görə, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.
Ötən mövsümün qış fasiləsində “Qalatasaray”a keçmək üçün “Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə “sarı-qırmızılar”a qoşulacaq. O, “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.
Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq.