“Sumqayıt” klubunun əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada komandadan ayrılıb.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis Türkiyə Superliqasında çıxış edən Ankaranın “Gənclərbirliyi” klubunda yeni baş məşqçi təyin olunan Mert Nobre ilə işləyəcək.
Qeyd edək ki, Edu ötən ilin iyulunda "Gənclik şəhəri" təmsilçisində işləyirdi.