"Fənərbağça" növbəti transferini həyata keçirib.
Unikal.org xəbər verir ki, İstanbul klubu "Bucaspor"un hücumçusu Barış Sunguru heyətinə qatıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
"Fənərbağça" daha öncə Gökhan Gönül, Caner Erkin, Mert Hakan Yandaş və Filip Novakı transfer etmişdi.