Belarus Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Unikal.org xəbər verir ki, rəsmi nəticələrə əsasən, Aleksandr Lukaşenko yenidən prezident seçilib.

Hazırkı dövlət başçısı 81 faiz səslə seçkidə qalib gəlib. Onun rəqibi Svetlana Tixanovskaya isə cəmi 8 faiz səs toplaya bilib.

Qeyd edək ki, Belarusda prezident postu uğrunda 5 namizəd mübarizə aparıb. Onlar hazırkı prezident Aleksandr Lukaşenko, keçmiş deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.