Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni klubu məlum olub.
Unikal.org xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyənin “Dənizlispor” klubu ilə anlaşıb. 51 yaşlı məşqçi növbəti mövsümdə “yaşıl-qaralar”ı çalışdıracaq.
Müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.