Almaniya çempionatında yeni mövsüm boş tribunlar önündə başlayacaq.

Unikal.org-un xarici KİV-ə istinadən  verdiyi məlumata görə, tribunaların qismən də olsa açılmasına nail olmağa çalışan Almaniya Futbol Liqasının müraciətinə qənaətbəxş cavab alınmayıb.

Ayrı-ayrı federal torpaqların səhiyyə nazirləri və hökumətlərinin iştirakı ilə keçirilən konfransda futbol qurumunun müraciəti müzakirə edilib. Nazirlər alkoqol satışının qadağan edilməsi, ayaqüstü yerlərin bağlı qalması, biletlərin fərdiləşməsi, qonaq azarkeşlərin buraxılmaması kimi şərtləri müsbət qiymətləndirsə də, oktyabrın 31-dən tez stadionlara tamaşaçı buraxılmayacağını bəyan edib.

Qeyd edək ki, Bundesliqa koronavirus pandemiyası ilə bağlı fasilədən sonra mayda bərpa olunaraq sona çatdırılıb. Yeni mövsümün startı isə sentyabrın 18-nə planlaşdırılıb.